Serxio Ramos Braziliya çempionatında oynamağı planlaşdırır.
37 yaşlı müdafiəçi “Flamenqo” klubu ilə danışıqlar aparır.
Mövsümün sonunda PSJ-dən azad agent kimi ayrılan ispan futbolçu okeanın o tayına köçməyin əleyhinə deyil. Klubdan verilən açıqlamada yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, 16 il Madrid “Real”ının şərəfini qorumuş Ramos son mövsümdə Fransa PSJ-si ilə 58 matçda iştirak edib.
.