Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün 3 şəhərcik salınacaq.
Yenizaman bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.
.