Nazirlər Kabineti “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi haqqında” qərar verib.
Qərara əsasən, sərnişinlərə xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilib:
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;
Azərbaycan Respublikasının digər hava limanları üzrə - 20 (iyirmi) manat.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Naxçıvan” Beynəlxalq Hava Limanı bu qararla müəyyən edilmiş xidmət haqlarının dəvət edən qurum və ya sərnişinlər tərəfindən ödənilməsini təşkil etməlidirlər.

.