Ermənistan prezidenti Serj Sərksiyan Çexiyada keçirilmiş "Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının zirvə görüşündə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını tələb edib.
"Qarabağın xalqının öz müqəddəratının təyin etməsinin faktik olaraq reallaşması və de-yure tanınmasının zamanı çoxdan çatıb”.
Modern.az saytı bildirir ki, Sərksiyan belə bəyanatla dövlət başçılarının zirvə görüşündə çıxış edib.
"Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün həyati əhəmiyyət daşıyan məsələ olaraq qalmqada davam edir. Dağlıq Qarabağda Avropa dəyərləri əsasında idarəetmə sisteminin formalaşaması artıq danılmaz faktdır. Qarabağ xalqının öz müqəddarıtın təyin etməsi ilə bağlı faktı hüquqi cəhətdən mökəmlənidrmək zamanı çoxdan çatıb”-deyə Sərkisyan həyasızcasına bildirib.
.