Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və qızları Anuşla Satenik Sarksiyanlar Antikorrupsiya Məhkəməsinə çağırılıb.

 “Sputnik Armenia” xəbər verir ki, onlar qanunsuz varlanmada, həmçinin, əmlaklarını bəyannamədə qeyd etməməkdə ittiham olunurlar.

Antikorrupsiya Məhkəməsinin ilk iclası 2023-cü il yanvarın 19-da keçiriləcək. İttiham olunan tərəfin məhkəmə iclasına gəlməməsinin iclasın keçirilməsinə mane olmayacağı da vurğulanıb.

.