Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanlığının fəaliyyətə başladığı 2017-ci ildən hal-hazırkı dövrədək Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılıb.
Bu fikirləri Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov DSX sərhəd qoşunların komandanlığı Şəmkir sərhəd dəstəsində keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qaçaqmalçılıq və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək dövriyyədən çıxarılıb.
Həmçinin saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.
General-leytenant Araz Məmmədovun sözlərinə görə, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılmış, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək dövriyyədən çıxarılmış, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib:
"Qeyd etmək istəyirəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olmuş, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb".
.