Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana səfər edəcək.

İşgüzar səfər çərçivəsində Rusiya XiN başçısının azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları planlaşdırılır. S. Lavrov Azərbaycan prezidenti Ilham Əliyev tərəfindən də qəbul ediləcək. Bu barədə Rusiya Xarici işlər Nazirliyinin Lavrovun Bakıya səfər öncəsi yaydığı məlumatda bildirilib.

"Rusiya tərəfi Azərbaycanla münasibətlərin inkişafının bütün spektri - siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməkdə niyyətlidir.Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli icrasına xüsusi diqqət ayrılacaq. Görüşlərdə Dağlıq Qarabağdakı vəziyyətə, Dağlıq Qarabağ nizamlanmasının humanitar aspektlərinə, konflikt sonrası bərpa və dinc həyatın qurulması məsələlərinə baxılması planlaşdırılır.Əsas vəzifələr arasında regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması var.

Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərləri aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini də müzakirə edəcəklər", deyə Rusiya XiN-nin məlumatında qeyd olunub.

.