Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olmayacaq. Ancaq Kiyev və Qərb bildirir ki, bu müdaxilə artıq baş verib.
Lavrov xarici siyasət üzrə təhsil alan tələbələrə bildirib ki, Rusiya Ukraynanın şərqinə «hərbi müdaxilə» etməyəcək. Apreldən bəri rusiyayönlü separatçılar hökumət qüvvələri ilə döyüşür, 2600-dən çox adam həlak olub.
NATO-nun son dəyərləndirməsinə görə, Ukraynada azı 1000 Rusiya əsgəri var.
Lavrov deyir ki, sentyabrın 1-də Minskdə Ukrayna böhranına dair danışıqlarda dərhal atəşkəs məsələsi müzakirə olunmalıdır.
Onun sözlərinə görə, dərhal atəşkəsə ehtiyac var, ancaq Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs planı separatçıların tərksilahı və özlərinin məhvinə razılaşmaq bərabərdir.
Lavrov söyləyib ki, Birləşmiş Ştatlar və Avropa Birliyi Kiyevdən tələb etməlidir ki, hökumət qüvvələrini dinc sakinlərin vurula biləcəyi mövqelərdən çəksin.
.
