
"Hazırda Rusiya ilə NATO arasında "soyuq müharibə"dən bəri ən ciddi böhran dövrü yaşanır. Bununla yanaşı Rusiya NATO ilə siyasi dialoq kanallarının saxlanılmasının tərəfdarı kimi çıxış edir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsində deyib.
S. Lavrov alyansın Rusiya ilə sərhəddə hərbi mövcudluğunun gücləndirilməsi istiqamətində addımlar atdığını söyləyib.
"Bu cür fəaliyyət sözsüz ki, Avroatlantika regionunda gərginliyi artırmağa və sabitliyi pozmağa kömək edir. Buna baxmayaraq, siyasi dialoq üçün kanalları saxlamağın lazım olduğuna inanırıq. Rusiyanın NATO-dakı daimi nümayəndəliyinin fəaliyyəti hazırda bu tapşırıqların həllinə yönəlib", - deyə o vurğulayıb.
.