
"ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin inkişafının hansısa mərhələsində Rusiyanın buna adekvat cavab verməsi lazım gələcək". Bunu "RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putin Federal Şuraya son müraciətində ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin yaradılması (o cümlədən Avropada) istiqamətində israrlı səylərinin qüvvələr nisbətini pozduğunu və təkcə Rusiyaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib . S. Lavrov qeyd edib ki, Rusiya məhz öz təhlükəsizliyi naminə hansısa mərhələdə adekvat cavab tədbirləri görməli olacaq: "Xəbərdarlıq edirik, öz təhlükəsizliyimiz naminə cavab tədbirləri görməli olacağıq. Bahalı silahlanma yarışına qoşulmaq niyyətində deyilik, amma ölkəmizin müdafiə qabiliyyətini etibarlı şəkildə möhkəmləndirəcəyik”.
.