Türkiyəli müğənni Sərdar Ortaç növbəti dəfə evlənəcəyini bildirib.
O, bu barədə sosial şəbəkə hesabında məlumat verib. İfaçı deyib: “İnci, eşqim, bu mahnı sənin üçündür. Onunla evlənəcəyəm. Bərabər yaşlanıb öləcəyik. Eşqim mənim”.
Söhbətin İnci Həbibova Altaydan getdiyi bildirilir. 35 yaşlı rəqqasənin azərbaycanlı olduğu söylənilir. İnci 1988-ci ildə Bakıda dünyaya gəlib. Rəqs üzrə dərslərini Bakıda alan İnci Türkiyəyə getdikdən sonra Mustafa Sandal, Sərdar Ortaç kimi sənətçilərin rəqs qruplarında yer alıb. O, bir müddət “Show TV”də yayımlanan “Dance with me” yarışında münsiflərdən biri olub.
.