Serbiya Xarici İşlər Nazirliyi rəsmi Twiter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü - əlamətdar yubiley münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Serbiya-Azərbaycan dostluğu xalqlarımız arasında qarşılıqlı inam və hörmətə əsaslanır”.

.