Yenizaman.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Serbiya Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalara qoşulmayacaq. Bu barədə ictimaiyyətə ölkənin baş naziri Aleksandr Vuçiç məlumat verib. O, əlavə edib ki, rəsmi Belqrad Ukraynanın ərazi bütövlüyünü tanısa da, rəsmi Moskvaya qarşı sanksiyaların tərəfdarı deyil.
Aleksandr Vuçiç mövzu ilə bağlı daha sonra bunları deyib: "Mən bu mövqeyimi şəxsən Ketrin Eştona çatdırmışam. Möqe aydındır. Biz istənilən dövlətin ərazi bütövlüyünə hörmət edirik, lakin Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik. Biz bunda iştirak etməyəcəyik, çünki Serbiya bombardmana məruz qaldığı vaxtda və ərazi bütövlüyü pozularkən, ona qarşı sanksiya tətbiq olunmamışdı."
.
