
Serbiya Prezidenti Aleksandr Vuçiç səhər Belqradda Böyük Britaniya və Rusiya səfirləri ilə keçirdiyi görüşdən sonra mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya yollanıb.
Bu barədə “Informer” portalı məlumat yayıb.
A.Vuçiç həmçinin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Xəbər verildiyi kimi, Serbiya Prezidenti səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmş və Belqradda Hərbi Tibb Akademiyasına müraciət etmişdi.
.