Serbiya Prezidenti Aleksandr Vuçiç etiraz edən tələbə və müəllimləri fevralın 5-də danışıqlara rəsmən dəvət edib.

Yenizaman yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belqrad rektorluğuna rəsmi məktub göndərilib.

"Əgər ali məktəb müəllimləri və tələbələr tələblərin bir qisminin yerinə yetirilmədiyi və ya tam yerinə yetirilmədiyi mövqeyini tuturlarsa, bu barədə, eləcə də hazırkı vəziyyətin aradan qaldırılması üçün dialoq açmaq lazımdır. Sizi fevralın 5-də gənclərin və bütün cəmiyyətin rifahı naminə söhbətlərə başlamağa dəvət edirəm", - məktubda bildirib.

Qeyd edək ki, Serbiyada tələbələr hakimiyyəti onların tələblərini yerinə yetirməməkdə günahlandıraraq etiraz aksiyaları keçirirlər. Buna səbəb Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində 15 nəfərin ölməyidir. Aksiya zamanı onlar faciə qurbanlarının xatirəsini 15 dəqiqəlik sükutla yad ediblər.

.