Avqustun 11-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin Azərbaycana rəsmi səfəri başlayır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
B. Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər avqustun 13-dək davam edəcək.
.