“Serbiya 10 ildən az müddətdə öz ÜDM-sini 2 dəfədən artıq artırıb”.
Bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Biz işsizliyi ölkəmizdə azaltmışıq. Azərbaycan da bu işləri görməkdə bizə kömək edib. Biz Şərqi Avropada Azərbaycanın etibarlı partnyoru olmaq istəyirik. Biz istəyirik Azərbaycanda da üçün elə olsun, partnyorluq əlaqələri daha da güclənsin. Azərbaycanda müsbət mənada baş verən inkişaf məndə xoş təəssüratlar yaratdı. Siyasi səviyyədə bizim daha yaxşı işlər görməyimiz üçün iradə mövcuddur”.
O hərbi sahədə də əməkdaşlığın güclənməsini də planladıqlarını diqqətə çatdırıb.
.