İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücumlarına cavab olaraq İordaniyada yerləşən və “Prince Hassan” adlanan ABŞ aviabazasındakı RQ-4 və MQ-9 uzaqmənzilli pilotsuz uçuş aparatlarının anqarlarına ballistik raketlərlə zərbələr endirildiyini açıqlayıb.

 SEPAH-ın yaydığı bəyanatda bildirilib ki, hücum nəticəsində bir neçə pilotsuz uçuş aparatı məhv edilib, həmçinin bəzi pilotlar və uçuşların texniki heyət üzvləri öldürülüb.

Bəyanatda, həmçinin hücumlar zamanı bir neçə texniki infrastruktur obyektinin də yandırıldığı qeyd olunub.

SEPAH həmçinin açıqlayıb ki, Küveytdə ABŞ-ın “Əli əl-Salim” aviabazasındakı amerikalı komandirin qərargahı və yaşayış məntəqəsi, eləcə də bazadakı pilotsuz uçuş aparatlarının anqarı və onların yerləşdiyi ərazi yandırılıb.

Bəyanata görə, hadisə nəticəsində qarşı tərəfin qüvvələrinin bir neçə üzvü öldürülüb, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edilib.

.