İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus növbəti pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı İranın Qeşm adası üzərində yeni Hava Hücumundan Müdafiə sistemi vasitəsilə aşkarlanaraq məhv edilib.
SEPAH-ın açıqlamasında vurulan aparatın MQ-9 olduğu qeyd edilir.
İran tərəfi bunun ABŞ-la qarşıdurmanın fevral ayında yeni mərhələyə keçməsindən sonra SEPAH tərəfindən vurulan 52-ci ABŞ pilotsuz uçuş aparatı olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı hadisə ilə bağlı hələlik açıqlama verməyib.
.
