2-4 iyun tarixlərində Bakıda beynəlxalq simpozium keçiriləcək.

Bunu Şuşada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O bildirib ki, simpoziumun bir və ya iki sessiyası isə Şuşada təşkil olunacaq: “Çünki musiqi və sənətlə bağlı mütəxəssislərin buranı gəlib görməsi önəmlidir. Beləliklə, beynəlxalq akademik ictimaiyyətin diqqətini Şuşaya çəkməyi hədəfləyirik”.

.