UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (Avro-2020) final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün müraciət edən ölkələrin ərizələri üzrə qiymətləndirmə hesabatını dərc edib.
Yenizaman.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabatda Bakı şəhərinin bu mötəbər idman tədbirinə siyasi və biznes strukturları tərəfindən ən yüksək səviyyədə zəmanət verilməsi ilə seçildiyi qeyd edilir.
UEFA Avropa çempionatını keçirmək istəyən şəhərlərin imkanlarını qiymətləndirən hesabatda Belarusun paytaxtı Minsk şəhərinin şansının az olduğunu vurğulayıb, Bakının hazırlığını isə yüksək qiymətləndirib. Lakin hesabatda Bakıda azarkeşlər üçün otellərdə nömrələrin sayının az olması da vurğulanıb.
Qeyd edək ki, Avro-2020 ilk dəfə olaraq dünyanın bir neçə ölkəsində keçiriləcək. Bu cür formatda turnirin keçirilməsi Avropa çempionatlarının 60 illik yubileyi ilə bağlıdır.
.