
Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə martın 25-də Mingəçevirdə 3 nəfərin ölümü ilə nəticələnmiş avtobus qəzası törətməkdə təqsirli bilinən sürücü Elgün Hüseynovun məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sürücü E.Hüseynov Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, məhkəmənin ilkin iclası aprelin 15-də keçirilmşdi. Zərərçəkən şəxslər prosesə qatılmadığından məhkəmə təxirə salınmışdı.
Zərərçəkən Elmir Qəmbərovun virtualaz.org saytına verdiyi açıqlamaya görə, ona göndərilən çağırış məktubu prosesin başlandığı gün gəldiyindən məhkəməyə gedə bilməyib.
Maraqlıdır ki, 3 nəfərin ölümü, 15 nəfərin yaralanmasına səbəb olan sürücü barədə həbs-qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır. Növbəti proses sentyabrın 23-də keçiriləcək.
.