Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) işğal altında olan Azərbaycan ərazilərində hərbi müxbirin quruma məxsus avtomobillə hərəkət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BQXK-dən verilən məlumatda bildirilir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bəzi mətbuat nümayəndələri yoxlanılmamış mənbəyə istinad edərək, hərbi müxbir Semyon Peqovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınında hərəkət etməsini və o maşında cəbhə zonasına daxil olmasını iddia ediblər. Biz, BQXK olaraq, tam məsuliyyəti ilə bildiririk ki, Şəkil və videolarda görünən nəqliyyat vasitəsi bizə məxsus deyil və bu regionda, bizim quruma məxsus elə bir maşın yoxdur. O məqamda, deyilən məkanda bizim heç bir əməkdaşımız və ya nəqliyyat vasitəmiz olmayıb. Beynəlxalq Qızıl Xaç Komitəsi barədə verilən və ya onun adı çəkilən məlumatları bizimlə dəqiqləşdirmənizi xahiş edirik".

.