Bir neçə gün öncə vəzifəsindən azad edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev haqqında cinayət işi açıla bilər.
Avropa.info-nun yaydığı xəbərə görə, martın 5-də vəzifəsindən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş Şəmsəddin Hacıyevin məsələsi ən yuxarı dairələrdə müzakirə olunur. ADİU-da rüşvət və korrupsiya faktları ilə bağlı Şəmsəddin Hacıyev haqqında cinayət işinin açılması ilə bağlı təkliflər də var.
Əldə olunmuş məlumata görə, yaxın günlərdə ADİU-da yoxlamalara başlanılacağı və Şəmsəddin Hacıyevin rektor olduğu dövrün təftiş olunacağı gözlənilir. Hətta eks-rektorun həbs edilməsi ilə bağlı təkliflərin olduğu da bildirilir. Lakin eks-rektorun hansı səbəblərdən hədəfə alınması məlum deyil.
Qeyd edək ki, Şəmsəddin Hacıyev eyni zamanda deputat və parlamentin Elm və təhsil komitəsinin sədridir. O, 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi.
.
