Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini Anar Nağdıyev cari ilin yanvar ayında şəhər ərazisində yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 300 manat nağd pul, ümumi dəyəri 800 manat olan 2 ədəd mobil telefon və kompüter oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Nağdıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Q.İsaqzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib:

"Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır".

.