Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

***

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

.