Şəmkirdə "Mercedes” lə "VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 

Xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib. Bundan əvvəl qəza zamanı "VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində öldüyü bildirilmişdi. 

"Mercedes”in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

"VAZ” da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

"Mercedes” in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb "VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***
22:23

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes” lə "VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olaraq, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.

***
21:52

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes” lə "VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində biri uşaq olaraq. 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.


APA.az 

.