Azərbaycanın Şəmkir rayonunda ana və azyaşlı övladını qətlə yetirən şəxs saxlanılıb.

Hüquq mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, bu ilin aprel ayında Şəmkir rayonun Totanlı yaşayış massivində Gədəbəy rayon Əli İsmayılov kənd sakini, 1990-cı il təvəllüdlü Bahar Hüseynova və onun 2 yaşlı oğlu Nihad qətlə yetirilib. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, F. Mirzəyev B. Hüseynovla qeyri-rəsmi nikahda yaşayırmışlar.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
.