Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı iki sürücü ölüb.


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə Şəmkir rayonunun Kür qəsəbəsində baş verib.


Rayon sakini Nadir Əhmədovun idarə etdiyi "KİA" və Mingəçevir şəhər sakini Əbülfət Məmmədovun idarə etdiyi "Grand-River" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.


Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

.