Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Virtualaz.org saytı "Report"un məlumatına əsasən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 27 yaşlı Niyaməddin Məmmədov bədənin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanadan mənbəyə bildirilib ki, yaralı dərhal əməliyyat olunub. Hazırda həkimlər onun vəziyyətini ağır olaraq dəyərləndirirlər.
N.Məmmədov polisə ilkin ifadəsində ailə münaqişəsi zəminində bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
.
