Səmərqənddə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü keçiriləcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, iqtisadiyyat və rabitə nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Zirvə Görüşü noyabrın 11-də baş tutacaq.

XİN rəhbəri qeyd edib ki, TDT-yə sədrlik Türkiyədən Özbəkistana keçəcək.

.