Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilir.

Bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün XİN başçıları noyabrın 11-də təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının müzakirə edəcəyi məsələlər və imzalayacağı sənədlər ətrafında müzakirələri yekunlaşdıracaq.

Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

.