"Türkiyənin regionda rolu getdikcə artır".
Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, “Türkiyə tərəfindən öhdəliklərin yerinə yetirilməsi” adlı debat zamanı çıxış edib.
Səməd Seyidov çıxışında Türkiyənin regionda artan rolundan danışıb. Deputat qeyd edib ki, Assambleyada Türkiyəni tənqid edən şəxslərin öz ölkələrində problemlər daha çoxdur.
"Ermənistan nümayəndə heyətinin üzvü burada Türkiyəni tənqid etdi. Bu ölkə 30 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğal edib, hələ də Azərbaycan ərazilərinə minalar yerləşdirməyə davam edir" deyə o, çıxışında bildirib.
Səməd Seyidov bildirib ki, bir ölkəni tənqid edən zaman o ölkənin regionda rolu və təsiri, həmçinin problemləri eyni şəkildə nümayiş etdirməlidir.
.
