
“Biz hər zaman bütün təşkilatlara qapılarımızı açıq saxlayırıq. Ancaq təəssüf ki, Azərbaycana qarşı işləyən, yeni reallığı qəbul etmək istəməyən qüvvələr elə addımlar atdı ki, biz o təşkilatlarda fəaliyyətimizi dayandırdıq”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, onlar Azərbaycana qarşı qeyri-obyektiv məsələləri gündəmdən çıxararlarsa, bunu yalnız alqışlamaq olar: “Biz öz mövqeyimizi açıq şəkildə göstərmişik. Bu gün gedən proseslər göstərir ki, Azərbaycana münasibət dəyişir, Azərbaycanla yeni əlaqələr qurmaq fikri tamamilə yeni müstəvidədir. O təşkilat, o dövlət yeni reallıqları qəbul etməyəcək, daha çox öz təşkilatına problemlər yaradacaq. Bu həm də AŞPA-ya aiddir. AŞPA başa düşməlidir ki, Azərbaycan artıq tamamilə yeni reallıqdadır. AŞPA regionda olmaq istəyirsə, yalnız Azərbaycanla yox, regionun başqa ölkələri ilə də ünsiyyətdə olmaq isyəyirlərsə, Azərbaycanın fikrini, mövqeyini, indiki reallığı qəbul etməlidirlər”.
.