Xalq artisti Səməd Səmədov bundan sonra yerli xanım ifaçılarla duet oxumayacaq. Xalq artisti xarici xanım müfənillərə daha çox üstünlük verib.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "Gündəlik” verilişində deyib:
"Bundan sonra xanımlarla duet oxumayacam. Ancaq Beyons, Şakira, Britni Spirs, Uitni Hyustonla duet oxuya bilərəm”.
S.Səmədovun bu sözlərinə aparıcı Mətanət Əliverdiyeva: "Siz nə vaxtdan ölülərlə duet oxuyursunuz? Uitni Hyuston dünyasını dəyişib”, - deyə münasibət bildirib.
Xalq artisti isə zarafatla belə cavab verib: "Ölməmişdən əvvəl mənə duet təklifi etmişdi”.
.