Amerika ədəbiyyatının ən xüsusi yazıçılarından biri olan Selincervə ingilis rejissor, aktyor, yazıçı, Şarlo obrazının yaradıcısı Charlie Chaplinini qarşı-qarşıya gətirən bir qadının olduğundan xəbəriniz var idi?

İkinci Dünya Müharibəsinin baş verdiyi illərdə J.D. Salinger dostları ilə keçirdiyi yaz aylarında rast gəldiyi Oona O’Neill adlı bir xanıma qarşı inanılmaz böyük məhəbbət hissiylə bağlanır. Nobel və Pulitser mükafatı laureatı məşhur teatr yazıçısı Eugene O’Neill’in və New York kübar cəmiyyətinin əhəmiyyətli adlarından Agnes Boultanın qızı olan Oona O’Neill gözəlliyi ilə ətrafındakıların heyranlığını qazanmışdı. Atası Eugene O’Neill Oona hələ iki yaşında olanda ailəsini tərk etmiş, qızını anası və New York kübar cəmiyyətinə həvalə etmişdi. Salinger və Oona-nın ortaq dostları Elizabeth Murray Oona üçün, "Bomboş bir qız idi, amma gözəlliyi çox təsiredici idi,” deyir. Salinger alçaltdığı, hətta nifrət etdiyi qızlardan biri olmasına baxmayaraq, Oona’ya qarşı hisslərini gizlətmirdi.

Selincer

Selincerin hissləri qarşılıqsız qalmır və qısa müddətdən sonra onlar arasında sevginin ilk addımları atılır. Lakin, Selincer bu xanıma olan hisslərindən əmin olsa da, onu hələ də boş və ağılsız hesab edir, paylaşa biləcəyi hər hansı bir şeyin az olduğunu dərk edirdi. Maraq obyektlərinin fərqli olması onları bir-birindən uzaqlaşdırsa da, aralarındakı sevgi hissi qalmaqda idi. On altı yaşlı qız özündən 6 yaş böyük olan Selincerin yetkinliyinə, ağlına heyran idi. Selincer isə dostlarına məktublarda Oona haqqında yazdıqda, onun uşaqlıq etməsindən, qətiyyətsiz olmasından şikayətlənir və tez-tez bunda onun anasını günahlandırırdı. Hər dəfə sevdiyi xanımın istəklərinə görə güzəştlər etməli olan yazıçı get-gedə əhvalında dəyişikliklər hiss etməyə başlayır. Sevgi həyatı da yazıçı həyatı kimi dalğalı olan Selincer, bundan narahat olsa da, Elizabeth Murray’a sevgilisi üçün divanə olduğunu da etiraf etmişdi.

Selincer

Selincer sevgilisinin qəlbini xoş etmək üçün onun dəbdəbəyə olan sevgisinə dözür, pulu çox az olsa da bahalı restoranlarda yemək yeyir, gözqamaşdırıcı klublarda kino ulduzları, yüksək təbəqənin məşhurları ilə özünü əzən mühitlərdə söhbət edir, kokteyllər içirdi. Oona həqiqətən də çox dayaz, dəbdəbəli həyatın divanəsi olan bomboş bir qız idi. Lakin, Selincer bunu əsgərliyə gedənə qədər görməzlikdən gəlməyi bacarırdı.

İkinci Dünya Müharibəsinin başlamasından, Yaponiyanın qəfildən Pearl Harbora hücum etməsindən sonra Amerika da müharibəyə qoşulmuş, cəmiyyətdə sosial balans pozulmuşdu. Orduya qoşulmağa can atan Selincer, əsgərliyə getdikdən sonra Oona da daxil olmaqla bir müddət heç kimlə əlaqə yarada bilmir. Lakin sevdiyi xanımın şəkillərini əsgər dostlarına göstərir, ona olan dərin məhəbbətindən bəhs edirdi. Orduda vəziyyət bir az düzəldikdən sonra sevgilisiylə yenidən məktublaşmağa başlayan Selincer bəzi şeylərin dəyişdiyini hiss edir. Ard-arda bir neçə məktub göndərməsinə baxmayaraq, Oona çox az cavab verməyə başlamışdı. Bir müddət sonra o, bu soyuqluğun səbəbini qəzetlərdən öyrənəcəkdi. Yeni il ərəfəsində qəzetlərin dedi-qodu səhifələrində Oona və Çaplinin münasibəti barədə oxuyacaqdı. Selincer çox yaxşı bilirdi ki, Oona ən çoxHollywood ulduzu olmağı arzulayır. Anasıyla Hollivuda gəldikdən sonra bir neçə dəfə sınaqlara qatılmış, aktrisa olmaq üçün dərslər almışdı. Lakin, o heç vaxt məşhur aktirsa ola bilmir. Buna baxmayaraq, Selincerin həyatını dəyişdirmişdi.

oona-o-neill Selincer

Salinger Oona’nın Charlie Chaplin’lə sevgili olması barədə bir müddət danışmaqdan imtina edirdi. O, yenə də vəziyyətin bu formada dəyişməsində köhnə sevgilisinin anasını günahlandırırdı. Onun atası isə bu münasibətə görə qızıyla əlaqəsini tamamilə bitirmişdi. Selincerin yaxın ətrafı da bu münasibət mövzusunda iki cəbhəyə ayrılmışdı: bəziləri bunun ötəri bir həvəs olduğunu düşünsələr də, digərləri evlənəcəklərini deyirdilər.

oona-oneill-charlie-chaplin

Çaplinin gənc qızlara olan böyük sevgisi həmin dövrdə dillərə dastan olmuşdu. Mətbuatda böyük söz-söhbətə səbəb olan, bir çox tənqidlərə məruz qalanCharlie Chaplin, 54 yaşında olduqda17 yaşlı gənc və gözəlOona O’Neill ilə 1943-cü ildə evlənir. Özündən çox kiçik qadınlarla dörd dəfə evlənən Çaplinin buna görə karyerası zədələnmişdi. Hətta onun Amerikaya girişinə də qadağa qoyulmuşdu. Cütlük ömürlərinin sonuna qədər ayrılmamış və İsveçrədə qalmışdılar. Onların 8 övladı olub.

Salinger isə Oona və Charlie Chaplin haqqında danışmağı rədd etsə də, dotlarına yazdığı məktublarda Çaplinə nifrət etdiyini yazırdı.

.