
"Hazırda 1 milyon 273 min nəfərdən çox vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda 491 min nəfər sosial yardım, 321 min nəfər isə sosial müavinət alır. Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22 faizini əhatə edir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İtaliyada Avropa Sosial Xartiyası ilə bağlı keçirilən konfransda deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, İtaliyada Avropa Şurasına (AŞ) üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfrans keçirilir.
İki gün (17-18 oktyabr) davam edən tədbirdə nazir Səlim Müslümov Azərbaycanla bağlı hesabat verib.
Nazir Qarabağ münaqişəsindən və müharibə nəticəsində dəymiş zərərdən də danışıb: "Avropa Şurası Nazirlər Komitəsi bu məsələlərə xüsusi önəm verir. Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan Avropa Şurasının beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərir. Azərbaycan Avropa Sosial Xartiyasına qoşulduqdan sonrakı 10 il ərzində ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə respublikada 1 milyon 300 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5.3 faizə enib. Ölkə əhalisinin gəlirləri isə 6,5 dəfə artıb”.
.