Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idarə və istehsalat müəssisələrində əmək qanunvericiliyinin tələblərinini pozulması ilə bağlı 2060 fakt qeydə alıb.
Bu barədə virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı bəlli olub ki, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı faktlar 9 dəfə artıb.
Nazirlik nöqsanlar aşkarlanmış idarə və müəssisələrə cərimələr tətbiq edib. Cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib.
Nazirlik xəbərdarlıq edir ki, vətəndaşların əmək hüquqlarının təminatı, həmçinin iş yerlərində onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissi artmalıdır. Nazirlik belə hallarla bağlı yoxlamaları davam etdirəcək.
.