Cəlilabadda qətl hadisəsi baş verib.  APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb. Kənd sakini  Qüdrət Rüstəmov şəxsi münasibətlər zəminində həmkəndlisi Rəfail Paşayevə onun işlədiyi mağazada  çoxsaylı bıçaq zərbələri endirərək, ağır bədən xəsarətləri yetirib.

 

Zərərşəkmiş dərhal yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burada zəruri tibbi yardımlar göstərilsə də , həyatını xilas etmək mükün olmayıb.

 

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Cəlilabad rayon şöbəsində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

 

Qətli törətmiş  Qüdrət Rüstəmov  könüllü olaraq polis şöbəsinə  gələrək təslim olub.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi aşılıb, araşdırma aparılır.


.