Şəki-Qax yolunun Şəki və Qax rayonlarının həmsərhəd ərazisində ağır yol qəzası baş verib. "Niva” markalı minik avtomobili traktorla toqquşub.

Hadisə nəticəsinə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir. (APA)

.