Rapid və blits şahmat üzrə “Grand Chess Tour” davam edir.

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşlərini keçirib.

O, VI tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Azərbaycan şahmatının yetirməsi olan rəqibi ilə ilk dəfə üz-üzə gələn Məmmədyarov rəqibinə cəmi 7 gedişə qalib gəlib.

Qeyd edək ki, yarış iyulun 12- də bitəcək.


 

.