Azərbaycanda gözəllik  və  bərbərlik salonlarının, repetitor xidmətləri və mağazalarda geyinib-soyunma otaqlarına dair yeni qaydalar tətbiq edilir

Bərbərlik və gözəllik salonlarında onlayn növbə sistemi tətbiq olunmalıdır. Bu, Azərbaycan Səhiyyə nazirinin müavini tərəfindən 7 iyun 2021-ci il tarixli 01 saylı Qərarla təsdiq edilmiş "Ticarət və Xidmətlərin Müxtəlif Sahələrində Koronavirus İnfeksiyasının (COVID-19) qarşısının alınmasına dair Metodiki Təlimat" da öz əksini tapmışdır.

Sənəddə qeyd olunur ki, iş proseslərindən əvvəl və sonra əllər yuyulmalıdır. Bundan əlavə, bərbərlər və onlarla bu sahədə işləyənlər uyğun forma geyinməlidirlər. Hər bir müştərinin xidməti zamanı ayrıca bir önlük istifadə olunmalıdır; işçilər və müştərilər tibbi maska ​​taxmalıdırlar.
Geyinib-soyunma otağı qadağan olundu

Azərbaycanda geyim satışı obyektlərindəki dəyişmə otaqlarından istifadə qadağandır. Bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlərdə öz əksini tapıb.

Eyni zamanda, komsetika və ətir satışı obyektlərində nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlanıb

Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.

Bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə öz əksini tapıb.

Sənəddə daha sonra deyilir:

Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda
keçirilməlidir;

Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.

Səhiyyə Nazirliyinin repetitor xidmətləri ilə bağlı qaydalarında hər bir xırdalıq aydındır – yaxşı havalandırılan otaq, tibbi maskadan istifadə, fərdi dərs vəsaitləri və s. Amma yeni qaydalar öz mənzilində çalışan repetitorlar üçün məqbul olmaya bilər. Belə ki, tələbə qrupunda 5-6 nəfər varsa, tyutorun ən azı 50-60 kv.m-li otağı olmalıdır. Təbii ki, hər bir repetitorun buna imkanı çatmayacaq və geniş otaq kirayələməyə üz tutacaq. Bu da, öz növbəsində xidmətin qiymətinə təsir edəcək.

Ancaq gözəllik və bərbərlik salonları üçün yeni qaydalar daha absurd görünür. Saç kəsimi, dəriyə qulluq üçün gözəllik salonlarına gedən xanımlar və yaxud üzlərini təraş etdirmək, saçlarına düzən vermək istəyən kişilər, yeni qaydalara necə əməl edəcəklər? Və görəsən bu yeni qaydalara əməl etməyənlərə qarşı hansı cəzalar tətbiq ediləcək?

Yeni qaydalarda ən maraqlı məqam isə, geyim mağazalarında soyunub-geyinmə otaqlarının istifadəsi qadağan edilməsidir. Özünə geyim almaq istəyən istehlakçı seçdiyi malın harada, hansı şəraitdə uyğun gəlib-gəlmədiyini yoxlamalıdır?

Eyni zamanda, kosmetika və parfümeriya mağazalarında kosmetika nümunələrinin istifadəsi qadağandır. Sual oluna bilər: Kosmetik nümunələr nə üçündür? Təbii ki, sifətə yaraşıb-yaraşmadığını öyrənmək üçün. Amma Səhiyyə Nazirliyi kosmetik nümunələrin də istifadəsinə qadağa qoyub. Şəhərdə zövqsüz makiyajlı qadın görsəniz, ürəkbulandırıcı iy hiss etsəniz, bilin ki, bu, günah o zavallının deyil, SN-in təsdiqlədiyi yeni qaydalarındır.

Görünən odur ki, bu qaydalara riayət etməklə yaxın zamanlarda cəmiyyətdə olan-olmaz estetik ruhu da dəfn edəcəyik. 

Maraqlıdır ki, Səhiyyə Nazirliyi bu qaydaları təsdiqləməklə nə demək istəyir?

Səhiyyə Nazirliyinin rəyini bilmək maraqlı olardı.

.