Ötən gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri yalnız iki-üç gündən sonra dəqiq bəlli olacaq.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Nazirlikdən deyiblər ki, Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən araşdırılır.
Nazirlik nəticələrdən sonra həkimin səhlənkarlığının olub-olmadığına qərar verəcək: "Nəticələr ictimaiyyətə açıqlanacaq. Hadisə nazirliyin nəzarətindədir”.
.