
Azərbaycandakı stomatoloji klinikaların hamısında vəziyyət eyni deyil. Belə tibb müəssisələrinin bəzilərindəki antisanitariya şəraiti bu günün qorxulu xəstəliklərindən olan "Hepatit”ə yol açır.
Hazırda Azərbaycanda olan stomatoloji klinikalarda vəziyyət necədir? Bu il ərzində cərimələnənlər olubmu?
Modern.az bununla bağlı məlumat almaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Nazirlik rəsmisi Anar Qədirli bildirib ki, hazırda Azərbaycanda ümumilikdə lisenziyası olan stomatoloji klinikaların sayı 265-dir.
O, qeyd edib ki, həmin klinikalardan 109-u məhz 2014-cü ildə lisenziya alıb. Bu il cərimə olunan stomatoloji klinikalara gəldikdə isə bunların sayı 80-dir.
Klinikalarda çalışan həkimlərdən cəzalananların olub-olmaması barədə isə nazirlikdən hər hansı məlumat olmadığı bildirilib.