Azərbaycanda son vaxlar mövsümi qrip yayılıb.

Bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümü qriplər yayılıb: "Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb".

Teymur Musayev: Azərbaycanda dərman qıtlığı yoxdur

Hazırda Azərbaycanda kəskin dərman qıtlığı yoxdur.

Bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb.

“Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”, - Teymur Musayev vurğulayıb.

.