Azərbaycanın rayonlarındakı əyləncə mərkəzlərində biabırçı vəziyyət yaranıb.
Mediapost saytının yaydığı xəbərə görə, dünən axşam saatlarında Xaçmaz rayonunun Nabran kəndindəki "Atlant” və "Xəzər” əyləncə mərkəzlərində diskotekalar təşkil edilib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalarda həyatını itirən şəhidlərə görə bütün ölkə ictimaiyyətinin qan ağladığı bir vaxtda bəzilərinin bu qədər harınlıq etməsi insanların heysiyyatına toxunur.
Ən qəribəsi odur ki, dünən şəhid olan əsgərlərmizdən biri də Xaçmazda dəfn edilib.
Belə görünür ki, ya Nabran zonasının Azərbaycana dəxli yoxdur, ya da orada istirahət edən insanlar dünyadan bixəbərdirlər.
.
