Bu gecə cəbhə bölgəsində yaralanan əsgərlər artıq Bakıya yola salınıb. ANS-in əldə etdiyi son məlumata görə, cəbhədə şəhid olanların sayı 5-ə çatıb. 
Gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar ağır vəziyyətdə olduqları üçün onları paytaxta yola salınıb.
Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb.

***

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib.
Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
.