İyulun 8-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Mehralıyev Sarvan Natiq oğlunun ailəsini ziyarət ediblər. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib. Yeni Azərbaycan Partiyasının sədr əvəzi Əli Kərimov bildirib ki, Azərbaycan dövləti və xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

.