Şəhid atası oğlunun həlak olduğu Lələ təpəyə qalxdı - FOTO
20-04-2016 16:27
863 oxunub
Milli Ordunun şəhid olan hərbi qulluqçusu Hüseyn Dəmirlinin atası Zeynal Dəmirli oğlunun həlak olduğu Lələ təpəsinə qalxıb.
Modern.az saytının məlumatına görə, oğlunun şəhid olduğu yeri ziyarət edən ata bununla təsəlli tapıb.
Biləsuvar rayonundan olan Hüseyn Dəmirli müddətdən artıq xidmət edən hərbi qulluqçusu idi. O, aprelin 2-nə keçən gecə cəbhənin Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə, Lələ təpənin düşməndən təmizlənməsində qəhrəmanlıqla şəhid olub.