Paytaxt Bakıda fəaliyyət göstərən kafelər axşam saat 12-dən sonra polis əməkdaşları tərəfindən məcburi şəkildə bağlatdırılır. Bu barədə FaktXeber.com-a kafe sahibləri məlumat veriblər. Məlumatda bildirilir ki, polis obyektlərə gələrək şifahi şəkildə onlara xəbərdarlıq edir və axşam saat 12-dən sonra kafenin fəaliyyəti ilə bağlı qadağa olduğunu söyləyirlər. Səbəb isə hər hansı bir formada izah edilmir.
Lakin belə bir prosedurun spirtli içkilər verilən kafelərdə həyata keçirilməsi müsbət haldır. Ona görə ki, adətən spirtli içkiyə meylli insanlar gecə saatlarında küçələrdə ictimai asayişin pozulmasına daha çox meylli olurlar.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.
.
